Sədərək Ticarət Mərkəzi yenə yandı, xəsarət alanlar var - VİDEO

18.02.2020 19:33

Səhər saatlarında Bakıda ticarət mərkəzində güclü yanğın olub. ''Sədərək'' ticarət mərkəzində bir mağazada başlayan yanğın tez bir zamanda ona bitişik olan dükanlara keçib. Hadisə zamanı bir neçə ayaqqabı, geyim və parça mağazaları yanıb. Hadisə zamanı 11 nəfər yüngül xəsarət alıb. Bakıda günorta saatlarında çoxmərtəbəli binada mənzillərdən birində də güclü yanğın olub.

Ticarət mərkəzində qəfil başlayan yanğın tez bir zamanda ətrafdakı mağazaları ağuşuna alıb.

Hadisə səhər saatlarında paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində ''Sədərək'' ticarət mərkəzində baş verib. ''112'' xidmətinə səhər saat 07:39-da məlumat daxil olub ki, ticarət mərkəzində ayaqqabı, geyim və parça satılan mağazalarda yanğın olub. Dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəlib. Yanğın güclü olduğundan ikinci dərəcəli çağırış elan edilib və alova müdaxilə etmək üçün canlı qüvvə və texnikaların sayı artırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev də gəlib. Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzov bildirib ki, 23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Təxminən bir saat davam edən yanğının qarşısı çətinliklə də olsa alınıb.

Ticarət mərkəzində alovun qarşısı alındıqdan sonra soyutma və kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi iləkonstruktiv materiallar sökülüb. TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı zərər çəkənlərdən 9 nəfərə hadisə yerində yardım göstərilib. İki nəfər Toksikoloji Mərkəzə aparılıb, ambulator müayinədən sonra onlar evə buraxılıblar.Yanğının təxminən 900-1000 kv/metr ərazini əhatə etdiyi bildirilir.

Günorta saatlarında isə paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.Cavadxan küçəsində 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərinmüdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 130 kv/metr olan 3 otaqlı mənzilinmətbəxi yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

© xezerxeber.az


390 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR