Azərbaycan Prezidenti dünyaya işğalçı və riyakarın kim olduğunu göstərdi - VİDEO

18.02.2020 19:59

Paşinyan artıq başa düşüb ki, dünya birliyi Dağlıq Qarabağda qondarma rejimi heç vaxt tanımayacaq və buna görə də Münxendə mövqeyini müdafiə edərkən özünü narahat hiss edib. Paşinyan ayrı-ayrı ekspertlərin gözündə zəif siyasətçidir.Bu sözləri Ukrayna analitika mərkəzinin rəhbəri, Aleksandr Oxrimenko Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələri şərh edərkən deyib. ABŞ-dan olan siyasi icmalçı Robert Qorovitsin isə bildirib ki, "Münxendəki söz dueli Paşinyan üçün uğursuz başa çatdıb.

Paşinyan dünya siyasətçilərinin sadəcə başqa, ən aşağı kateqoriyasına daxildir ''

Prezident İlham Əliyevlə Ermənistan baş naziri NikolPaşinyanın Münxendəki görüşünü şərh edən Rusiyanın siyasi tədqiqatlar institutunun direktor müavini Darya Qrevtsova belədeyib..

Prezident İlham Əliyev Qarabağ haqqında faktları şərh edərkən həqiqi sənədlərə istinad edir, halbuki Nikol Paşinyan heç bir dəlillə əsaslandırılmamış miflərin və ağ yalanın köməyi ilə cavab verməyə çalışırdı. Bu sözləri isə "Vestnik Kavkaza" Rusiya Federal İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov söyləyib.

Ukrayna Analitika Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko isə bidirib ki, Ermənistan beynəlxalq arenada həyasızcasına tarixi ədalətdən dəm vurub.

TürkiyəninAnadolu Agentliyi, "Milliyet" və "Sabah" qəzetləri, "NTV" televiziya kanalı və digər nüfuzlu KİV-lərin rəsmi saytlarında yer alan məlumatlarda daPrezident İlham ƏliyevinNikol Paşinyanı fakt qarşısında qoyan fikir və mülahizələri geniş auditoriyaya çatdırılıb.

ABŞ-ın "The USA Tribune" qəzetində siyasi icmalçı Robert Qorovitsin "Münxendə söz dueli və onun qalib "revolveri" sərlövhəli məqaləsində qeyd edib ki, "Söz dueli Paşinyan üçün uğursuz başa çatıb.

© xezerxeber.az

FOTOQALERIYA






223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR