Azyaşlılar evdən oğurluq edib - VİDEO

17.02.2020 20:29

Bakıda mənzildən oğurluq edən iki yetkinlik yaşına çatmayan şəxs tutulub. Həmin şəxslər evdən mobil telefon və qızıl əşyaları oğurlayıblar. Polis bundan başqa dönərxanadan pul və qril aparatı oğurlayan şəxsi də saxlayıb.

İkinci mərtəbədə mənzilin pəncərəsini qıraraq oğurluq ediblər.

Hadisə paytaxtın Binəqədi rayonunda olub. Naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb. Məlumat daxil olan kimi 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən şəxs 2-ci mərtəbədə yerləşən mənzilə pəncərəni qıraraq daxil olub. Əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan iki paytaxt sakinləri tutulublar. Araşdırma zamanı onların Binəqədi rayonundan başqa paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq etdikləri məlum olub.

5-ci Polis Bölməsinin əməkdaşları keçirdikləri digər bir əməliyyat nəticəsində Süleyman Sani Axundov küçəsində yerləşən dönərxanadan 800 manat və bir ədəd dəyəri 900 manat olan qril aparatı oğurlayan şəxsi də saxlayıb. Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Nəsir İsmayılov tutulub. Araşdırma zamanı onun əvvəllər qeyd edilən dönər satışı məntəqəsində işlədiyi məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanıb, istintaq davam edir.

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR