Kənd ortasındakı trasformator təhlükə saçır - VİDEO

17.02.2020 20:19

Cəlilabadın təzəkənd kəndində kənd ortasındakı trasformator sakinlərin qorxulu yuxusuna çevirilib. Ətrafı açıq olan trasformator təhlükə saçır. Sakinlərin istəyi onun ətrafının bağlanılmasıdır

Ətrafı açıq olan trasformator təhlükə mənbəyinə çevirilib

Kadrlar Cəlilabad rayonu təzəkənd kəndində lentə alınıb. Kəndin mərkəzi küçəsində yerləşən trasformatorun görünüşü belə təhlükə saçır. Kənd sakinləri deyirlər ki, trasformatorun ətrafı illədir ki, açıqdır. Onlar potensial təhlükəyə qarşı kustar üsulla elektrik paylayıcısının bəzi hissələrinin üzərini bağlayıblar

Üstəlik həmin küçədə kəndin məktəbi yerləşir. Dərsə gedən şagirdlər hər gün təhlükə ilə üzləşirlər.

Sakinlər trasfprmatoun dəyiçdirilmısini və ya ətrafının bağlanılmasını istəyirlər

Məsələ ilə bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, həmin trasfprmator qurumun balansında deyil. Buna baxmayaraq, ora artıq qurumun əməkdaşları tərəfindən baxış keçirilib. Yaxın günlərdə ətrafı tam hasarlanacaq

Elə kənd sakinlərinin də əsas istəyi potensial təhlükənin qismən də olsa, qarşıslnın alınmasıdır.

 

© xezerxeber.az

FOTOQALERIYA






293 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR