Sumqayıtda 13 bağ evini qarət edən şəxslər tutulub - VİDEO

17.02.2020 20:10

Sumqayıtda 13 bağ evindən müxtəlif məişət əşyaları, Kürdəmirdə isə evlərdən qızıl və pul oğurlanıb. Hər iki rayonda saxlananlar var.

Sumqayıtda oğurluqla məşğul olmaqda şübhəli bilinən dəstə ələ keçirilib

Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri - Vasif Əzimov, Mehman Mahmudi, Ağdam rayon sakini Şükran Xələfov və Xızı rayon sakini Rza Nəcəfov saxlanaraq istintaqa təqdim ediliblər. Dəstə üzvləri Sumqayıt şəhərində 13 bağ evindən əsasən televizor, su qızdırıcı, samovar, generator, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər.

Oğurlanan əşyaların Mehman Mahmudinin avtomobili ilə hadisə yerindən aparıldığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Zaqatala rayonunda da evdən qızıl-zinət əşyaları və pul oğurlanıb. Hadisə ilə bağlı Qax rayonunun Qaxingiloy kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ziviadi Zurabaşvili və Dima Lomaşvili şübhəli şəxs qismində saxlanıb. İddia olunur ki, oğurluğu edən şəxslərin evə daxil olmasında zərərçəkmişin qohumu Şükufə Hacıyeva və tanışı Dima Lomaşvilinin qardaşı Eristo Lomaşvili yardımçı olublar.

Evdən təxminən 2 min manatlıq qızıl zinət əşyaları və 450 manat pul oğurlanıb. Faktla bağlı cinayət işi başlanıb, cinayəti törətməkdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© xezerxeber.az


220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR