Koronavirus təhlükəsi - 2 nəfər yüksək temperaturla xəstəxanaya yerləşdirildi - VİDEO

17.02.2020 19:35

2 gün əvvəl Türkiyədən Bakıya gəlmiş 6 Azərbaycan vətəndaşından ikisində yüksək temperatur aşkarlanıb. Onlar hava limanından 1 saylı kliniki tibbi mərkəzə göndəriliblər. Hazırda hər iki tələbə karantindədir.

Türkiyədən gələn 2 nəfər yüksək temperaturla xəstəxanaya yerləşdirildi.

2 gün əvvəl Türkiyənin paytaxtı Ankaradan Bakıya gəlmiş altı Azərbaycan vətəndaşından ikisində yüksək temperatur aşkarlanıb. Onlar Çinin Çançun şəhərində təhsil alan 26 yaşlı və Çinin Uhan şəhərində təhsil alan 28 yaşlı Azərbaycan vətəndaşlarıdır.

Heydər Əliyev Beynəlxalq Hava Limanında yüksək temperatur aşkarlanan hər iki tələbə 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriliblər. Hazırda onlar klinikadadırlar. Tələbələr karantin bitənədək həkim nəzarəti altında olacaqlar.

Koronavirusla bağlı xüsusi ayrılmış tibb müəssisəsindən verilən məlumata görə, hazırda xəstəxanada əvvəl yerləşdirilənlərdən də 1 nəfər qalır. Onun karantin müddəti fevralın 18-də bitir. Vəziyyəti normaldır və heç bir şikayəti yoxdur.

© xezerxeber.az


1429 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR