Professor sərt danışdı - Diletant lider özünü və ölkəsini rüsvay etdi - VİDEO

17.02.2020 19:55

Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinin davranışlşarı onunsiyasətdə nə qədərnaşı olduğunu əyani göstərdi.Prezident İlham Əliyevin tarixi həqiqətlərə və faktlara söykənənarqumentləri qarşısındaaciz qalan Paşinyan verdiyi absurd cavabları və cəfəngfikirləri iləhəm özünü həm də ölkəsini rüsvay edib. Görüşü şərh edən ekspertlər deyir ki,bu debat Paşinyanın diletant siyasətçi olduğunu bir daha nümayiş etdirdi.

Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın depatı iki ölkəliderlərinin arasındakı kəskin ranq fərqini göstərdi.Əslinəiki ölkə liderlərininbir neçə dəfəbirgə panelə qatılmaq imkanı olub. Amma Paşinyanın sələfləri bundan imtina edib. paşiyan isəondan əvvəlki liderlərdən fərqli olduğunu göstərmək istəsə də Prezident İlham Əliyevin qarşısında aciz vəziyyətə düşüb.Buna səbəb isə prezident İlham Əliyevin Paşinyandan fərqli olaraq öz nitiqinitarixi faktlar, sənədlər və beynəlxalq hüququ prinsipləri üzərində qurması idi.Tarixçi-alim Musa Qasımlı bildirir ki, prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin təfərrüatlarını tam olaraq peşəkar bir diplomat kimi dünya ictimaiyyətinə təqdim etdi.

Musa Qasımlı Azərbaycan prezidentinin mahir siyasətçi bacarığı ilə Paşinyanın nə qədər savadsız və olaylardan xəbərsiz biri olduğunu bütün dünyaya nümayiş etdirib.

Musa Qasımlı bildirir ki, önəmli məqamlardan biri də dövlət başçısının bədən dilindən məharətlə istifadə bacarığıdır. Onun sözlərinə görə prezident İlham Əliyev və Paşinyanın bədən dilinə ayrıca diqqət edilərsə açıq-aydın görünür ki, Ermənistan lideri sanki Azərbaycanın prezidentinin önündə müqəssir kimi oturub. Bu isə ondan qaynaqlanır ki, Paşinyanın prezident İlham Əliyevin ortaya qoyduğu arqumentlərə qarşı heç bir tutarlı cavabı yoxdur. Buna görə də Ermənistanın baş naziri tez-tez eradan əvvəl baş verən və yəqin ki, orta məktəb dərsliklərində əfsanə kimi qeyd edilən hadisələrə müraciət etməli olurdu. Paşinyanın əsas məsələlərdən bu uzaqlaşmaq cəhdləri isə onu daha da çətin vəziyyətə saldı.

© xezerxeber.az


704 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR