Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bu mağaza Azərbaycanda ilkdir - VİDEO

17.02.2020 19:39

Bir çox inkişaf etmiş ölkələrdə gördüyümüz satıcısız mağazalar artıq Azərbaycanda da fəaliyyətə başlayıb. Özü də kurort şəhəri olan Naftalanda. 24 saat fəaliyyət göstərən satıcısız mağazada hər kəs istədiyi məhsulu götürüb, ödənişi şəffaf qutuya atır. Bu yenilik həm yerli sakinlər, həm də xarici turistlər tərəfindən maraqla qarşılanır.

Xaricdə gördüyümüz layihə Azərbaycanda reallaşıb.

Bu mağazaya daxil olan alıcını, satıcı qarşılamır. Hər kəs istədiyi məhsulu götürüb, ödənişi şəffaf qutuya atır.

Görüntülər Naftalan şəhərindəndir. Ölkədə ilk dəfə kurort şəhərində, 24 saat fəaliyyət göstərən satıcısız mağaza açılıb. Həm yerli sakinlər, həm də turistlər üçün istifadəyə verilən məkanda 20 adda məhsul satışa çıxarılıb.

Satıcısız mağazada Naftalan neftindən hazırlanan məhsullar və suvinirlər diqqət çəkir. Həm xarici, həm də yerli turistlər mağazaya daxil olub alış-veriş edirlər. Kurort şəhərinə gələnlər Avropada belə mağazalara çox rast gəldiklərini, ölkəmizdə isə ilk dəfə gördüklərini bildiriblər.

Belə mağazaların gələcəkdə Naftalan şəhərinin bir neçə yerində açılması nəzərdə tutulub.

© xezerxeber.az


350 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR