İtaliyada baş məşqçi futbolçusunu vurub - VİDEO

17.02.2020 11:15

İtaliya futbolunda qeyri-adi hadisə baş verib.

"Qrosseto” klubunun baş məşqçisi Lamberto Maqrini öz futbolçusunu vurub.

D seriyasının XXIV turunda "Monterosi” ilə ev oyununun 75-ci dəqiqəsində dəyişikliyə əl atan çalışdırıcı əvəzlədiyi Rikkardo Kretellu ilə mübahisə yaşayıb. Çalışdırıcı əvəzlənməsindən narazı qalan futbolçunun başına sillə vurub. Bu üzdən baş hakim qırmızı vərəqə göstərərək Maqrinini texniki zonadan uzaqlaşdırıb.

Qeyd edək ki, qarşılaşmada 1:0 hesablı qələbə qazanan "Qrosseto” hazırda D seriyasının E qrupuna başçılıq edir.


© xezerxeber.az

FOTOQALERIYA






274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR