"Tibb bacısı" ixtisası dördillik olacaq - VİDEO

14.02.2020 20:10

Artıq "Tibb bacısı" ixtisasına yiyələnmək üçün bakalavr təhsili almaq zəruri olacaq. Bu isə o deməkdir ki, bundan sonra tibb bacısı olmaq üçün ikiillik kollec təhsili kifayət etməyəcək, dördillik bakalavr imtahanı veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Tibb Universitetində növbəti tədris ilindən "Tibb bacısı işi" ixtisası açılacaq.

Universitetin tədris şöbəsinin müdiri Samir Cavadov deyib ki, bu, əslində dünyada çoxdan tətbiq olunan təcrübədir və tibb bacısı ixtisasının bakalavr təhsilinə daxil edilməsinin bir sıra üstünlükləri var.

İndiyə qədər tibb bacısı ixtisasına ikiillik kollec təhsili ilə yiyələnənlərin aqibətinə gəlincə isə, Samir Cavadov deyib ki, onlar tibb bacısı kimi öz işlərini davam etdirəcəklər. Ancaq bakalavr təhsilli tibb bacısı olmaq üçün onlar yenidən mərkəzləşdirilmiş qaydada IV ixtisas qrupu üzrə imtahan verməli olacaqlar. Əgər imtahandan keçsələr, əvvəlki təhsildə tədris olunan fənlərdə onlara güzəşt ediləcək.

İkiillik tibb bacısı təhsili verən kolleclərin öz fəaliyyətlərini davam etdirib-etdirməyəcəklərinə gəldikdə isə, Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, bu məsələ ilə bağlı hələ ki, konkret qərar verilməyib.

Qeyd edək ki, Tibb Universitetində növbəti tədris ilindən "Fizioterapiya və tibbi reabilitasiya", "Səhiyyə menecmenti" və "Kliniki psixologiya" adlı yeni ixtisaslar da açılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






363 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR