Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb - VİDEO

29.01.2020 19:12

Qəbul və buraxılış imtahanlarında balların hesablanması ötən ilki qaydada həyata keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu il balların hesablanmasında heç bir dəyişiklik edilməyib.

Qaydalara əsasən, abituriyentlərə birinci mərhələdə Ana dili, riyaziyyat və xarici dildən 85 tapşırıq təqdim olunacaq. Abituriyent bu tapşırıqlar üzrə maksimum 300 bal toplaya bilər. Birinci mərhələdə səhv cavab düzgün nəticənin balına təsir etmir.

İkinci mərhələ üzrə isə hər fənn üzrə 30 tapşırıq təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır.

İkinci mərhələdə açıq tipli suallar düz cavabların balına təsir etmir. Lakin qapalı tipli səhv yazılan sualların sayına uyğun düzgün cavabların balı çıxılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






266 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR