Koronavirus təhlükəsi ilə bağlı xüsusi palatalar ayrılıb - VİDEO

28.01.2020 20:34

Koronavirus xəstəliyi ilə bağlı tibb müəssisələrində xüsusi palatalar ayrılıb.

Xezerxeber.az-ın məlumatına görə, bu məsələ Səhiyyə naziri Oqtay Şirəliyevin "Koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzaladığı əmrdə öz əksini tapıb.

Əmrlə bağlı keçirilən brifinqdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejim də tətbiq ediləcək.

Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi də yer alıb. Həmçinin, tibb personalının fərdi mühafizə vasitələrindən istifadəsini təmin etmək üçün lazımi ehtiyatın yaradılması tapşırılıb.

Əmrə əsasən, xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılması üçün Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin mütəxəssisləri qarşılıqlı fəaliyyət göstərəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR