Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilmir - AÇIQLAMA - VİDEO

27.01.2020 20:49

Qonşu Türkiyənin Elazığ vilayətində baş vermiş zəlzələ Azərbaycanda da təşviş yaradıb. İndi bir çoxlarını "Azərbaycanda da belə bir gücdə zəlzələ baş verə bilərmi" sualı maraqlandırır. 

Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə açıqlama verib.

Xezerxeber.az-ın məlumatına görə, Qurban Yetirmişli deyib ki, Azərbaycanda yaxın vaxtlarda Elazığda qeydə alınmış zəlzələ gücündə yeraltı təkanların baş verməsi gözlənilmir.

Qurban Yetirmişli həmçinin bildirib ki, zəlzələ nəticəsində tələfatın az və ya çox olması birbaşa binaların keyfiyyətindən asılıdır. Bu səbəbdən zəlzələyə hazırlıq dedikdə, həm də binaların keyfiyyəti nəzərdə tutulur.

O ki qaldı zəlzələdən daha az tələfatla çıxmağa, bunun bir yolu da maariflənməkdir. Vətəndaşlar zəlzələ haqqında məlumatlı olmalı və hadisə baş verən anda həyəcanlanmamalıdırlar. Çünki təşviş və həyəcan daha böyük fəsadlara və itkilərə yol aça bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR