Bakıda 135 ailənin yaşadığı bina qəzalı vəziyyətdədir - VİDEO

27.01.2020 19:20

Paytaxtın Nərimanov rayonunda 135 ailənin yaşadığı yataqxana qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Nazim Hacıyev küçəsindəki, vaxtilə Səttarxan adına zavodun yataqxanası olmuş binadan gedır.

135 ailənin məskunlaşdığı bina ötən ilin noyabrında evlərdən birinin tavanının çökməsi ilə tamamilə yararsız hala düşüb.

Nərimanov Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər'' ə bildirilib ki, sözügedən problemə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilib. Artıq binada tikintini aparacaq şirkət müəyyən edilib. Hətta prosesi sürətləndirmək üçün vətəndaşlarla ilkin müqavilələr də bağlanıb. Daha acınacaqlı şəraitdə olan 3 ailə isə kirayə mənzillə təmin edilib.

Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq sərəncam verildikdən sonra binanın bütün sakinləri kirayə evlərə köçürüləcək və ərazidə tikiləcək yeni binadan onlara mənzil veriləcək. Elə həmin binadan yaşayan 17 məcburi köçkün ailəsi isə məcburi köçkünlər üçün inşa edilmiş binalarda müvəqqəti olaraq məskunlaşdırılacaq.

Söküntü işlərinə isə yaxın günlərdə başlanılacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR