Çində təhsil alan azərbaycanlı tələbələr diqqətdə saxlanılır - VİDEO

27.01.2020 19:33

"Hazırda Çində 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbəmiz var".

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov açıqlama verib.

Nazir deyib ki, Çində təhsil alan azərbaycanlı tələbələrin məsələsi diqqətdə saxlanılır.

Yeni məktəbli formalarından da danışan Təhsil nazirinin sözlərinə görə, hər bir məktəb valideynlərlə birgə uyğun məktəbli formasını müəyyən edərək seçə bilər.

Məktəblər üçün təsdiqlənmiş geyim formaları arasından hansısa birinin istifadə edilməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayacaq.

Ceyhun Bayramov məktəbli formalarının qiymətlərinin nazirlik tərəfindən tənzimlənmədiyini də bildirib.

Təhsil naziri onu da əlavə edib ki, paytaxtda şagird sayı çox olan məktəblər üçün avtobuslar təşkil olunacaq. Artıq bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparılır.

Nazir həmçinin bildirib ki, ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR