Ermənilər bu dəfə Şuşa qalasının tarixi görkəmini dəyişmək istəyir - VİDEO

24.01.2020 20:03

Şuşa qalası ilə bağlı son addımlar bir daha Ermənistanın münaqişənin dinc yolla konstruktiv həllində maraqlı olmadığını göstərir...

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Dağlıq Qarabağda qondarma rejimin Şuşa qalasını təmir etdirməsi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistan son 30 il ərzində Azərbaycan torpaqlarının işğalını davam etdirməklə yanaşı, bütün vasitələrlə xalqımızın tarixi, mədəni, musiqi və mətbəx irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir.

Fərid Şəfiyev qeyd edib ki, Azərbaycanlılar tərəfindən Şuşa qalası adlandırılan həmin tarixi abidənin əsası 1751-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Keçən il Şuşada yerləşən və azərbaycanlılara məxsus olan "Yuxarı Gövhər ağa" məscidi təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilib. Bundan əvvəl isə Ermənistan rəhbərliyi tərəfindən paytaxt Yerevanda tarixi Azərbaycan memarlıq nümunələri olan 8 məsciddən 7-si tamamilə məhv edilib. Göy məscidin isə 4 minarəsindən 3-ü sökülüb və saxtalaşdırılaraq İran tarixi abidəsi kimi İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib. Fərid Şəfiyev bir daha dünya ictimaiyyətini Ermənistanın işğal etdiyi ərazilərdə atdığı bu cür addımları Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirməyə çağırıb.

Fərid Şəfiyev deyib ki,bu cür addımlar gələcəkdə danışıqlar prosesinin pozulması ilə bağlı bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyur.

© xezerxeber.az


272 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR