Azərbaycan vətəndaşlarına ölümcül virusla bağlı MÜHÜM XƏBƏRDARLIQ - VİDEO

24.01.2020 20:11

Azərbaycanda da koronavirusa yoluxma riski var. Bunun üçün də Çindən Azərbaycana gələn və Azərbaycandan da Çinə gedən vətəndaşlar daha ehtiyyatlı olmalıdırlar.

Bunu ''Xəzər xəbər''ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcud olduğuna görə, Çindən ölkəmizə gələnləri mütləq yoxlamaq lazımdır.

Cəlal İsayev deyir ki, ümumiyyətlə bu xəstəliyə yoxulmamaq üçün bəzi qaydalara əməl etmək lazımdır.

Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə bildirib ki, hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət sabitdir və heç bir xəstəliyin alovlanması yoxdur. Viktor Qasımovun sözlərinə görə, qorxulu olan təkcə koronavirus deyil, digər oxşar viruslar da var. Ağciyər Xəstəlikləri İnstitutunda ağır xəstələr üçün xüsusi palatalar var, bütün hazırlıq işləri aparılıb deyə qurum rəsmisi bildirib.

Məsələyə Dövlət Gömrük Komitəsindən də münasibət bildirilib.Qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundov ''xəzər xəbər''ə bildirib ki, Çində bu xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrindəöskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və digər simptomları olan fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar vasitəsilə tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir. Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün yerlər ayrılıb. Zəruri əşyalarla təmin edilən həmin yerlərdə xəstələrin müayinəsinə lazımi şəraityaradılıb. Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir".

Natiq Axundov deyib ki,fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.

© xezerxeber.az

FOTOQALERIYA






321 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR