Bakıda sürücülər cərimədən yayınmaq üçün GÖRÜN NƏLƏR EDİRLƏR - İNANILMAZ VİDEO

24.01.2020 19:40

Bakıda dayanma və durma qaydasını pozan bəzi sürücülər cərimədən yayınmaq üçün maraqlı bir üsula əl atıblar. Onlar Bakı Nəqliyyat Agentliyinin kameraları olan ərazidə avtomobilin baqaj hissəsini açıq saxlamaqla dövlət nömrə nişanını gizlədirlər. Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi belə sürücülərə sərt xəbərdarlıq edib.

Dayanma və durma qaydası ilə yanaşı, başqa bir kobud qaydanı da pozurlar.

Dayanma və durmanın qadağan olunduğu yerdə yolun sol zolağında sıra ilə avtomobilini park edən sürücülər kameradan yayınmaq üçün maraqlı addım atıblar. Onlar avtomobilin baqajlarını açıq vəziyyətdə saxlayaraq ərazidəki kameranın nömrəni oxumasına mane olurlar.

Görüntülər paytaxtın Nəsimi rayonu 28 may küçəsində, 23 nömrəli məktəbin qarşısında çəkilib. Sürücülər maşın nömrələrinin kameralara düşməməsi üçün baqajlarını açıq vəziyyətdə saxlayıblar. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, avtomobilin dövlət nömrə nişanını gizlədərək cərimədən yayınması yolverilməzdir.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədov ''Xəzər Xəbər''ə bildirdi ki, belə fakt Bakı Nəqliyyat Agentliyindən onlara daxil olduqda həmin sürücü barəsində həm dayanma və durma qaydasını pozma, həm də dövlət nömrə nişanını gizlətmə faktına görə cərimə yazılır. Dayanma də durma qaydasını pozduğuna görə, sürücünü Bakı Nəqliyyat Agentliyi 20, dövlət nömrə nişanını gizlətməyə görə isə yol polisi 500 manat məbləğində cərimə edir. Bölmə rəisi onu da bildirdi ki, son 2-3 gün ərzində belə fakta görə, 10-a yaxın sürücü cərimə olub. Hər iki aidiyyatı qrumun rəsmisi sürücülərə belə faktlara görə sərt xəbərdarlıq edib.

© xezerxeber.az


286 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR