Azərbaycana böyük həcmdə investisiya qoyulacaq - VİDEO

24.01.2020 19:54

''Ölkə başçısının Davosda keçirdiyi görüşlərdən aydın olur ki,dünyanın aparıcı iri şirkətləri Azərbaycanda gedən islahlatları izləyir və yaranan mühitdən faydalanmaq istəyir''.İqtisadiyyat Nazirliyinin rəsmisi Prezident İlham ƏliyevinDavosda keçirdiyi görüşləri şərh edərkən bildirib.O bildirib ki, bu görüşlərlə əldə edilən nəticələrin Azərbaycan iqtisadiyyatının inkişafına böyük dəstək olacağı gözlənilir.

''Prezident İlahm Əliyevin Davosda Düntya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər Azərbaycan İqtisadiyyatına böyük müsbət təsir göstərəcək''. Bunu İqtisadiyyat nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Elçin İbrahimov ölkə başçısının dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlərini ''Xəzər Xəbər'' ə şərh edərkən bildirib. Onun sözlərinə görə bu görüşlərdən aydın olur ki, iri təşkilat və şirkətlər Azərbaycanda gedən islahatları yaxından təqib edir.

Elçin İbrahimov bildirir ki , Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması, Procter and Gamble Europe şirkətinin regional mərkəzini yaratmaq üçün Bakını seçməsi eyni zamanda digər beynəlxalq şirkətlərin Azərbaycana investisya qoyması ölkəmizdə bir sıra sahələrin inkişafına dəstək olacaq. Xüsusi ilə regional mərkəzlər böyük iqtisadi potensial vəd edir.

Eyni zamanda İqtisadiyyat Nazirliyinin rəsmisi bildirib ki,Rusiyanın "LUKOIL" şirkəti ilə ''Naxçıvan", "Qoşadaş" yataqlarının birgə işlənilməsi barədərazılıq onu göstərir ki, ölkəmizə yeni investisya qoyulacaq və bu da iqtisadiyatın güclənməsi və yekun nəticədə Azərbaycan xalqının sosial rifahının daha da yaxşılaşması deməkdir.

© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR