Sərnişinlər avtobusa minmək üçün kartlarına pul yükləyə bilmir - VİDEO

22.01.2020 20:44

PaytaxtınBiləcəri qəsəbə sakinləri avtobuslara minməkdə çətinlik çəkirlər. Buna səbəb həmin ərazidə karta pul yükləmək üçün ödəmə məntəqələrinin az olmasıdır. Aidiyyatı qurumdan bildirildi ki, ərazidə araşdırma aparılacaq və ödəmə məntəqələrinin sayı artırılacaq

Sərnişinlərinəksəriyyətiavtobusa minmək üçün kartlarına pul yükləyə bilmirlər.Söhbət Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsindən gedir.

Qəsəbə sakinləri deyirlər ki, bir müddət əvvəl metronun Nərimanov stansiyasından Biləcəri qəsəbəsinə sərnişin daşıyan 202 saylı avtobuslar kart sisteminə keçib.Ancaq qəsəbədə kartlara pul yükləmək üçün aparat qıtlığı yaşanır.Xüsusən son dayanacaqda sərnişinlərkartla işləyən avtobusa minmək üçün çətinliklə üzləşirlər

Avtobus sürücüləri də sərnişinlərin karta pul yükləmək sarıdan çətinlik çəkdiklərini təsdiqləyirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən qəsəbənin avtobusları kart sisteminə keçəndən sonra qəsəbədə 3 yerdə karta pul yükləmək üçün ödəmə məntəqəsi yaradılıb. Yenə də həmin ərazidə qurumun əməkdaşları tərəfindən təkrar araşdırma aparılacaq. Ehtiyac olan yerlərdə aparatların quraşdırılması davam etdiriləcək

© xezerxeber.az


279 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR