Magistraturaya sınaq imtahanlarının qiyməti açıqlanıb - VİDEO

21.01.2020 20:07

Magistraturaya sınaq imtahanlarının qiyməti açıqlanıb. Qiymət bir nəfər üçün 50 manat müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzi qiymətin bu qədər baha olmasının səbəbi xərclərin çox olması ilə izah edib. Mərkəzin şöbə müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, dövlət imtahan mərkəzi publik hüquqi şəxsdir. Belə olan halda mərkəz dövlətdən maliyyələşmir və bütün xərclərini özü ödəyir.

Şöbə müdirinin sözlərinə görə, dövlət imtahanlarının 2-ci mərhələsinin qiymətinin sınaq imtahanının qiymətindən ucuz olmasının səbəbi isə bura müraciət edənlərin sayının çox olmasıdır. Ümumiyyətlə imtahanlara müraciət edənlərin sayı nə qədər az olursa, həmin imtahanların qiyməti də o qədər yüksək olur.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi fevralın 2-də ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirəcək. Sınaqda iştirak etmək istəyənlər Dövlət İmtahan Mərkəzinin internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

© xezerxeber.az

FOTOQALERIYA






191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR