İsmayıllı gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar - VİDEO

26.01.2020 21:14

Ehtiyacı olan evlərə gedirlər,Yaşlı adamlara kömək edib onlara qayğı göstərirlər.

2020-ci ilin Könüllülər ili elan edilməsi ilə əlaqədar "Könüllü qonaq" layihəsininə gənclər həvəslə qoşulurlar. İsmayıllı rayonunda bir qrub könüllü şəhid, məcburi köçkün, tək yaşayan yaşlı, ahıl, xüsusi qayğıya ehtiyacı olan ailələri seçərək tanış olurlar.

Qureyiş Umudova da ömrünün 50 ilini müəllim kimi işləyib, en gözəl günlərini elm və təhsilə həsr edib. gəncləri əvvəlcə yaşlı nənə üçün bazarlıq edib meyvə, şirniyyat alıblar.Nənənin süfrəsində onunla söhbət ediblər.Daha sonra gənclər Qureyş nənənin evində təmizlik işləri aparıb, bağında abadlıq işləri görüb, güllər əkib, səliqə-sahman işləri həyata keçiriblər.

"Könüllü qonaq"ın layihəsinin əsas məqsədi ası 2020-ci ilin Könüllülər ili elan edilməsi ilə əlaqədar bütün sahələrdə könüllülük anlayışını təbliğ etmək və bundan ehtiyacı olan insanalara faydalı olmaqdır.

© xezerxeber.az

FOTOQALERIYA






205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR