DƏHŞƏTLİ HADİSƏ: Dua etməyə gələn onlarla insan eyni vaxtda öldü - VİDEO

21.01.2020 16:44

Efiopiyanın Qonder vilayətində təşkil olunan dini bayram zamanı faciə yaşanıb.

AFP agentliyi xəbər verir ki, səhnənin çökməsi nəticəsində 20-yə qədər insan həyatını itirib. Çox sayda yaralı var. Polisin məlumatına görə, dini tədbir yerli xristianlar tərəfindən "Epifani” bayramı çərçivəsində təşkil olunub.

Təhlükəsizlik qaydalarına əməl edilmədiyindən budaqlardan və taxtadan qurulan səhnə çöküb. Sınan budaqlar insanların bədənlərinə tuş gəlib. On minlərlə insanın iştirak etdiyi bayrama xaricdən gələn 15 min turist qatılıb.

publika.az

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR