"20 Yanvar" şəhidi İlqar Kərimov - VİDEO

20.01.2020 18:51

20 yanvar şəhidlərindən biri də goranboylu İlqar Kərimovdur. O, həmişə işə gedib-gəldiyi yoldan yanvarın 19-u axşam saatlarında evə qayıdarkən atılan güllərdən birinə ona tuş gəlib.

Hər gün keçdiyi yolda ona atəş açılıb.

Goranboy rayonunda doğulub boya başa çatan İlqar Kərimov ailə qurduqdan sonra paytaxtda fəaliyyət göstərən broylər fabriklərindən birinə işləməyə başlayıb.. Bakıda yaşamağa qərar verən İlqarın bəlkədə ağlına belə gəlməzdi, hər gün işə gedibgəldiyi yolda ona atəş açılacaq.

Yanvarın 19-dan 20-nə keçən gecə işdən evə qayıdan 28 yaşlıİlqar Kərimov düşmən gülləsinə tuş gəlir. Onu xəstəxanaya çatdırsalarda, həyatını xilas etmək mümkün olmur. Şəhidin qardaşı Rəfail Kərimov 30 il öncə baş verən hadisələrdən danışmağa hələdə çətinlik çəkir.Odövrdəbaş verənləri unudabilmədiyinideyir..

Şəhidin kiçik qardaşı Faiq Kərimov isə o zaman 13 yaşında olub. O, İlqarı vətənpərvər, mərd biri kimi yaddaşında saxlayıb.

Qeyd edək ki, Goranboyun Əhmədabad kənd sakini şəhid İlqar Kərimovun həyat yoldaşı və oğlu paytaxtda yaşayır.

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR