Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Şəhidlər Xiyabanına insan axını - VİDEO

20.01.2020 19:48

30 il öncə öz qanları bahasına azadlıq yolunu açan 20 yanvar şəhidləri ehtiram, hörmətlə yad olundu. Şəhidlər Xiyabanına üz tutan insan axını səhər saatlarından gecəyə qədər davam edib.

Səhər saatlarından minlərlə insan Şəhidlər Xiyabanına üz tutdu.

7-dən 77-ə hər kəs vəzifəsindən, yaşından asılı olmayaraq Azərbaycanın 30 il öncə azadlıq yolunu açan şəhidlərin xatirəsini ehtiramla anıblar.

Xəzər Televiziyasının rəhbərliyi və kollektivi də şəhidlər xiyabanını ziyarət edib, vətən uğrunda canlarından keçən şəhidlərin məzarı üstünə gül qoyublar.

Həmin günün şahidləri 30 il öncə başlarına gələn hadisəni elə yeni olmuş kimi xatırlayırlar.

Şəhidlərin o zamankı Dağüstü park adlanan indiki Şəhilər Xiyabanında dəfn edilməsi əslindəeldə asan olmayıb..Buna belə sovetəsgərləri mane olmaqistəyiblər.

20 yanvar şəhidlərini ziyarət etmək üçün hərbi paltarda şəhidləri ziyarət gələnlər arasında məktəblilər və bağça uşaqları da vardı. Onlar 20 yanvar şəhidlərinə öz hörmətlərini şerləri ilə bildirirlər.

Onu da qeyd edək ki, Şəhidlər Xiyabanında insanların rahat və təhlükəsiz axınını təmin etmək üçün polis gücləndirilmiş iş rejimində çalışıb.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR