Tovuzda yanacaq doldurma məntəqəsinə basqın - VİDEO

20.01.2020 18:44

Yanacaqdoldurma məntəqəsində işləyən şəxs dostları ilə əlbir olaraq işlədiyi yerə basqın planı qurub. Lakin plan həyata keçiriləndən sonra, polis əməkdaşları tərəfindən üstü açılıb. Məlum olub ki, saxlanılan şəxslər yanacaqdoldurma məntəqəsindən ümumilikdə 1200 manat pul aparıblar.

Yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər saxlanıb. Hadisə Tovuzda baş verib.

Yanvarın 18-də Tavuz rayon Qovlar şəhər sakini Röyal Əhmədovpolisə müraciət edərək işlədiyi Qovlar şəhər ərazisindəki yanacaqdoldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə vuraraq məntəqəyə məxsus pulu götürməsi barədə məlumat verib. Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, basqın planını quran elə Röyal Əhmədovözü olub. O, əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı guya quldurluq hadisəsinin törədilməsini təşkil edib.

Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləriHüseyn Cəfərov və Vüsal Quliyev köməklik edib. Hər üç şəxs saxlanaraq şöbəyə gətirilib. İlkin dindirilmə zamanı onlar törətdikləri cinayət hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© xezerxeber.az


302 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR