İnternet üzərindən maşın almaq arzusu ona baha başa gəldi - VİDEO

19.01.2020 19:43

İnternet üzərindən ticarətin günü-gündən genişlənməsi bu sahədə təhlükəsizlik məsələlərini də getdikcə aktuallaşdırır. Təcrübə göstərir ki, bir çox fürsətbazlar onlayn məkanda insanların inamından istifadə edərək onlara ziyan vura bilirlər. Gəncə sakini də belə dələduzluğun qurbanı olub. İnternet üzərindən maşın almaq arzusu ona baha başa gəlib.

İnternetdə gördüyü maşın elanına aldandı, etimadından istifadə edən dələduz satıcı ona 120 manat ziyan vurdu.

Gəncə sakini Sahil Babazadənin internet üzərindən maşın almaq arzusu ona baha başa gəlib. Telefonda satıcının şirin dilinə aldanıb istədiyi pulu onun kartına yükləyən alıcı sabahısı günü onunla görüşmək üçün sövdələşib.

Sahil Babazadə Göyçaya gedəndə həmin adam yenidən zəng vurub. Bildirib ki, işi ilə əlaqədar gələ bilmir. Yenidən kartına 50 manat köçürülməsini tələb edib ki, ona etibarnamə versin. Bu dəfə isə dələduz Sahil Babazadəyə oğlunun Yevlaxda olduğunu və orada görüşməsini bildirib.

Beləcə Gəncə sakini aldadıldığını bilib. Zərəçəkmiş şəxs əlindəki məlumatlar - elan, ödəniş qəbzini, telefon nömrəsini, bank kartındakı adları təqdim edərək polisə şikayət edib. Hazırda bununla bağlı təhqiqat aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR