Doğum günündə şəhadətə ucalan Qanlı Yanvar şəhidi - Habil Əzizovun ölümündən 30 il ötür - VİDEO

19.01.2020 20:09

Yanvarın 19-dan 20-ə keçən gecə onun doğum günü idi. 1990-cı ilin həmin tarixi də 22 illik ömrün sonu oldu. Bu gün 20 yanvar qəhrəmanlarından ağstafalı Habil Əzizovun ölümündən 30 il ötür.

19 yanvarda doğulmuşdu,həmin gecə də şəhid oldu.Söhbət o vaxtkı Xalq Təsərrüfat insitutunun üçüncü kurs tələbəsi olmuş Habil Əzizovdan gedir.

Habil 1968-ci ildə yanvarın 19-dan 20-ə keçən gecə Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 1990-cı ilin yanvarında isə qış imtahanını vermək üçün Bakıya gedib.Xalqın qəhrəmanlıq göstərdiyi həmin gün imtahanı verib, əmisinin onun üçün açdığı doğum günü süfrəsinə əyləşib.Şəhərdə baş verənlərdən xəbərsiz olan Habil dostunu da ad gününə çağırmaq üçün evdən çıxıb.

Habil 20 yanvarda qardaşının nişan günü evə qayıtmalı idi. Hətta o qatara da bilet alıb.

Xəstəxanaya gələn valideynləri onun meyidini qolundakı saatdan və ad gününə hədiyyə alınan köynəkdən tanıyıblar.

Habilin təhsil aldığı orta məktəb hazırda onun adını daşıyır.

© xezerxeber.az

FOTOQALERIYA






221 dəfə oxunub

XƏBƏRLƏR

28.02.2020 14:00

Lissabonda 6 qol - VİDEO

ÇOX OXUNANLAR