ŞOK HADİSƏ: Canavarlar iti belə parçaladı - VİDEO

19.01.2020 10:42

Türkiyədə aç canavarlar kəndə daxil olub, itlərdən birini parçalayıblar.

Hadisə Ərzurumun Palantökən qəsəbəsinin Təkədərəsi ərazisində qeydə alınıb.

Video görüntülərdən aydın olur ki, 4 canavar dolaşdıqdan sonra iki itilə rastlaşır. İtlər əvvəl canavarlara müqavimət göstərir, daha sonra itlərə hücum edən canavarlar onlardan birini tutaraq yeməyə başlayır.

Bu hadisədən bir gün sonra məhəlləyə yenidən canavar sürüsü enib. Qurdlar itləri yenədə tora salmaq istəyib. Amma oyanan əhali silah vasitəsilə qurdları qova bilib./teleqraf

© xezerxeber.az


764 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR