Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

"Alik" yaxalandı - Gəncədə əməliyyat - VİDEO

17.01.2020 18:41

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə şəhər sakini, "Alik" ləqəbli 34 yaşlı Əli Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı əməliyyat məlumatı daxil olub.

Xezerxeber.az-ın məlumatına görə, Əli Məmmədovun şəhər ərazinsindəki yeri müəyən edilib. O, idarə etdiyi avtomobillə birlikdə saxlanıb.

Baş Polis İdarəsinə gətirilən zaman Əli Məmmədov polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək, hadisə yerindən qaçmağa meyl edib və asayiş keşikçilərinə müqavimət göstərib. Nəticədə bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb.

Şübhəli şəxs saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükülüdə 1.2 qram çəkidə psixotrop maddə hesab edilən "Metamfetamin" götürülüb. Ona məxsus avtomobildən isə soyuq silah hesab edilən 2 ədəd iri ölçülü bıçaq və xəncər, 1 ədəd nömrəsi silinmiş tapança, həmin silaha aid 5 ədəd patron, bir ədəd sandıqca və 1 ədəd sellofan bükülüdə çəkisi 9.5 qram "Metamfetamin" aşkar olunub. Davam etdirilən tədbirlərlə Əli Məmmədovun avtomobilindən düşüb qaçan şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Kamran Rzayev olması müəyyən edilib.

Araşdırmalar zamanı Əli Məmmədovun bir müddətdir narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu, Ağcabədi və Bərdə rayonlarında əldə etdiyi narkotik vasitələri Gəncə şəhərində satdığı müəyyən edilib. Hazırda Əli Məmmədovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






385 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR