Tural Gəncəliyev: Ermənistan ictimaiyyəti Paşinyandan yalanlarının hesabını tələb edir - VİDEO

15.01.2020 19:02

Prezident İlham Əliyevin ötən ilin yekunlarına həsr olunan müşavirədəki çıxışı Ermənistanın baş naziri Nikol Paşinyanın öz xalqını aldatmaq üçün ortaya atdığı iddiaların iflası oldu.

Bunu "Xəzər Xəbər"ə müsahibəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.

Tural Gəncəliyev bildirib ki, dövlət başçısının nitqindəki əsas məqsədlərdən biri təkcə Nikol Paşinyanın deyil, eləcə də Ermənistan ictimaiyyətinin bu fərqdən xəbərdar edilməsi idi.

İcma sədri onu da deyib ki, artıq Ermənistan ictimaiyyəti Nikol Paşinyandan ortaya atdığı yalanların hesabını verməyi tələb edir. Çünki onun Azərbaycanla müqayisədə Ermənistanın üstün olduğunu iddia etdiyi sahələrdə real vəziyyəti hamı yaxşı bilir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bütün sahələrdə Ermənistanla fərqləri konkret rəqəmlərlə ortaya qoyaraq Azərbaycanın mütləq üstünlüyünü bəyan edib. Bu rəqəmlərin hamısı isə beynəlxalq təşkilatların hazırladıqları hesabatlara əsaslanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR