Burada gördüklərinizə inanmayacaqsınız - Əsrarəngiz yeraltı qəsəbədən GÖRÜNTÜLƏR

15.01.2020 16:04

Aylardır davam edən meşə yanğınları ilə mübarizədə uduzan Avstraliya analoqu olmayan yaşayış məskəni ilə dünya gündəminə düşüb.

XəzərXəbər xəbər verir ki, qitənin cənubunda yerləşən Kuber-Pedi qəsəbəsinin sakinlərinin hamısı yerin altında yaşayır.

Adelayde şəhərindən 846 km şimalda yerləşən bu qəsəbə opal mədənçilik sənayesinin mərkəzi hesab olunur. Hazırda Kuber-Pedinin 100-dən çox sakini var. Qəsəbə dayanıqlı yaşayış məskəni anlamında lider olmaq yolunda irəliləyir.

Buradakı insanları yerin altında yaşamağa vadar edən səbəb isə nə qədər qəribə səslənsə də, opal mədənlərindən ətrafa yayılan qırmızı toz örtüyüdür.

Xalq daha sərin və yaşayışa uyğun hava əldə etmək üçün bütün yaradıcılığından istifadə edərək köhnə mədənlərdə sənət qalereyasından kilsəyə qədər hər cür şəraiti olan şəhər salıb.

100 il əvvəl gənc bir oğlan tərəfindən təsadüfən kəşf edilən opal mədənləri işçilərinin saldığı qəsəbənin dünyada məşhur olmasının səbəbi isə elektrik enerjisi layihəsidir

2017-ci ildə təqdim edilən layihəyə əsasən bölgənin günəşli və küləkli havasından faydalanaraq daimi enerji əldə olunur və bu, qəsəbənin 70%-ni enerji ilə təmin edir.

Yayda istiliyin 53 dərəcəyə qədər qalxdığı bir yerdə bu təmiz qaynaq enerji üçün istifadə edilən mazutun istisi və dumanından xilas olmanı təmin edir.

Qəribəliklərlə dolu qəsəbədə yaşayan sakinlər yeraltı evlərə öyrəşdiklərini və artıq normal evdə yaşamaq istəmədiklərini deyir. İsitmə və soyutmaya əsla ehtiyac duyulmayan evlərdə yaşamaq maliyyə baxımından da əlverişlidir. Burada təmirə və dəyişikliklərə çox vəsait tələb olunmur.

Bir çox filmə ev sahibliyi edən Kuber-Pedidə əhəng daşlarının əsrarəngiz parıltısı ətrafa təbii gözəllik və cazibə bəxş edir. Qəsəbədə mükafatlara layiq görülmüş hotel belə mövcuddur. 19 otağı yerin altında, 31 otağı isə üst qatda yerləşən hotel təbiətin işvəsinə meydan oxuyur./publika.az

© xezerxeber.az

FOTOQALERIYA






189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR