Xəzər TV-nin yeni uğuru - YouTube səhifəsində abunəçilərin sayı 1 milyonu keçdi - VİDEO

14.01.2020 19:37

Xəzər Televiziyasına məxsus ''Xəzər Media'' YouTube səhifəsinin abunəçilərinin sayı 1 milyonu keçib.

Xezerxeber.az-ın məlumatına görə, dünyaca məşhur sosial şəbəkədə əldə edilən bu nailiyyət televizyada bayram abu-havası ilə qeyd edilib.

Əldə edilən uğura görə ''Xəzər TV'' MMC-nin prezidenti Şamxal Həsənli bütün kollektivi təbrik edib və izləyicilərə təşəkkürünü bildirib.

Qeyd edək ki, bütün dünyada maraqla izlənilən YouTube sosial şəbəkəsində 1 milyondan çox izləyicisi olan Azərbaycana məxsus səhifələrin sayı cəmi 2 ədəddir.

Hazırda Xəzər Media Mərkəzinə məxsus ''Xəzər Film'' səhifəsində abunəçilərin sayı 357, ''Xəzər Xəbər'' səhifəsində 250, ''Xəzər Music'' səhifəsində 191, ''Dalğa Tv'' səhifəsində 39 və ''Miss Xəzər'' səhifəsində isə 23 mindən çoxdur. Bu səhifələrin ümumi izləyici sayı isə 1 milyon 860 mindən artıqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1480 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR