İri turizm obyektlərində ekoloji ekspertizalar aparılacaq - VİDEO

30.12.2019 20:22

İri turizm obyektlərində ekoloji ekspertizalar aparılacaq.

Ölkədəki turizm və rekreasiya obyektlərinin layihələndirilməsi ilə bağlı yeni tələblər qoyulub. Nazirlər Kabineti bununla əlaqədar "Təbiət parklarının ümumi Əsasnaməsi"nə əlavələr edib. Dəyişikliyə əsasən, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektləri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Turizm Eksperti Rəhman Quliyev deyir ki, kiçik iaşə obyektləri üçün də bu cür tələbin qoyulmasına ehtiyac var.

Həmin obyektlərdə texnologiyalar və texnoloji üsulların tətbiqi də ilkin layihədə nəzərdə tutulan formada həyata keçirilməlidir.

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR