53 illik tarixi stadion yenidən qurulur - VİDEO

29.12.2019 19:20

53 illik tarixi stadion yenidən qurulur.

Bir çox beynəlxalq oyuna şahidlik edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun tamamilə sökülərək yerində yeni və müasir tələblərə cavab verən üstü örtülü arena inşa olunacaq.

Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu 16 min nəfər üçün nəzərdə tutulub. Köhnə stadionda meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança da tikiləcək.

Stadionun ərazisində otelində inşa olunması planlaşdırılır.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

© xezerxeber.az


201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR