Bakıda binalara xəbərdarlıq bildirişləri yapışdırılır - Vətəndaş nə etməlidir?- VİDEO

15.12.2019 19:56

Paytaxtda artıq bir sıra yaşayış binalarına mənzillərin icbari sığortası ilə bağlı bildirişlər yapışdırılıb. Vətəndaşlar isə bu xəbərdarlıqlara məhəl qoyub-qoymamaqda tərəddüd edirlər. Xəzər Xəbər məsələnin təfərrüatlarını araşdırıb.

Mənzillərin qapılarına mənzillərini icbari qaydada sığorta etdirmələri üçün bildirişlər qoyulub və üzərində əlaqə nömrələri yazılıb...

Paytaxtın Binəqədi rayonu, Mircəlal küçəsində yaşayan sakinlər bu bildirişlərə inanıb pul ödəməyin qanuni olub-olmadığından xəbərsizdirlər.Buna görə də tərəddüd içindədirlər.

Hüquqşunas Xəyal Bəşirov bildirir ki, yanvarın 1-dən etibarən daşınmaz əmlaka görə icbari sığorta haqqının ödənməsi qanunla bütün vətəndaşlar üçün məcburidir.

Xəyal Bəşirovun sözlərinə görə bu məsələdə vətəndaşlar bəzi məqamlara diqqət yetirməlidir.

Ekspertlər vətəndaşları daşınmaz əmlaklarını icbari sığorta etdirərək xoşagəlməz hallardan özlərini sığortalamağı tövsiyyə edirlər.Bu zaman isə vətəndaşlar istədikləri sığorta şirkətini seçə bilərlər.

© xezerxeber.az

FOTOQALERIYA






852 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR