Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Zığ qəsəbəsində sürüşmə aktivləşib, uçqun baş verib - VİDEO

14.12.2019 20:27

Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə sahəsində aktivlik müşahidə edilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov ''Xəzər Xəbər''ə bildirib.

O deyib ki, ərazidə sürüşmə gərginliyinin artmasının əsas səbəbi son günlər yağan intensiv yağışlardır.

Əziz Qaralov bildirib ki, sürüşmənin intensivliyini artıran digər amil kanalizasiya sularının torpaq üzərinə axıdılmasıdır. Bu səbəbdən Zığ qəsəbəsində sürüşmə sahəsində aktivləşmə müşahidə edilir və uçqunlar var.

Qəsəbə ərazisində uçqun hadisələrindən biri də Hətəm Allahverdiyev küçəsində qeydə alınıb. Sözügedən küçədə torpaq qatı sürüşərək vətəndaş Səhrayə Həsənovaya məxsus həyət evindəki su hovuzunun üstünə tökülüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, həyətdə olan tikiliyə ziyan dəyib. Evdə isə yaranan çatlar böyüyüb.

Məsələ ilə bağlı Suraxanı rayonu, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən bildirilib ki, məsələdən xəbərdardırlar. Sabah həmin ünvana texnika göndəriləcək və torpaq təmizlənəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






601 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR