Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Masallıda ağacəkmə kampaniyası keçirilib - VİDEO

14.12.2019 19:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasını bu gün Masallı rayonunda davam etdirilib.

Xezerxeber.az-ın məlumatına görə, elm xadimləri, kənd sakinləri, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə keçirilən aksiya zamanı rayonun Güllütəpə kəndinin yaxınlığındakı boş meşə fondu torpaqlarının 20 hektar sahəsində tinglər əkilib.

Yerli sakinlər və ətrafda yaşayan kəndlərin əhalisi meşə ərazilərinin genişləndirilməsini xeyirxah bir tədbir kimi qiymətləndirib və əkilən ağacların qorunmasında yaxından iştirak edəcəklərini bildiriblər.

Ağacəkmə aksiyasından sonra elm xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






389 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR