Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakının mərkəzində QORXULU ANLAR: Bıçaqlı şəxslər insanlara hücum etdi - VİDEO

13.12.2019 20:06

Gecə Bakıda xuliqanlıq edənlər tutulub. Məlum olub ki, köynəklərini çıxararaq şəhərin mərkəzində bıçaqla vətəndaşlara hücum edən şəxslər əmi və onun qardaşıoğludur. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar marketlərdən birindən oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bundan başqa silahla polisə müqavimət göstərən şəxs də tutulub.

Əmi ilə qardaşoğlu gecə şəhəri bir-birinə vurub. Onlar şəhərin mərkəzində əllərində bıçaqla vətəndaşlara hücum ediblər.

Belə ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib. Qeyd edək ki, saxlanılan zaman onlar polis əməkdaşlarına da müqavimət göstəriblər.

Hər iki şəxs barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin xuluqanlıq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.

Keçirilən daha bir əməliyyat zamanı isə polis əməkdaşlarına qarşı odlu silahdan istifadəyə cəhd göstərən şəxs tutulub. Ötən gün Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən mağazalardan birindən 2500 manat dəyərində tütün məmulatları, danışıq kartları və ərzaq məhsulları naməlum şəxslər tərəfindən oğurlanıb. Mağazanın sahibi baş verən hadisə barədə polisə məlumat verib.Əməliyyat nəticəsində hadisəni törədən şəxslərdən biri Bakı şəhər sakini Kamran Səfərəliyev saxlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, Kamran Səfərəliyevlə bərabər oğurluq hadisəsində əvvəllər dəfələrlə məhkum olunmuş Sabunçu rayon sakini Elşad Məmmədov da iştirak edib. Eyni zamanda Elşad Məmmədovun daimi olaraq üzərində odlu silah gəzdirməsi barədə məlumat daxil olduğundan xüsusi əməliyyat qrupu yaradılıb. Araşdırma zamanı onun Sabunçu rayonu ərazisində olduğu müəyyən edilib. Elşad Məmmədov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edərək üzərində olan odlu silahı atəş vəziyyətinə gətirmiş və bu zaman polislərin çevikliyi sayəsində o, dərhal zərərsizləşdirilərək tutulub. Saxlanılan zaman Elşad Məmmədovun üzərindən "Makarov" tipli tapança, 3 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müxtəlif maddələrlə cinayət işi başlanıb.

© xezerxeber.az

FOTOQALERIYA






524 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR