Xəzər dənizinə kefal balığını Hitler buraxıb? - VİDEO

15.12.2019 20:49

"Xəzər dənizinə kefal balığını Hitler buraxıb"

Bəzi Kütləvi İnformasiya Vasitələrində guya İkinci Dünya müharibəsi illərində bu balıığın Xəzər dənizində Hitlerin göstərişi ilə yayıldığı haqqında xəbərlər yayılıb.İddialara əsasən almanların bu balığı dənizə buraxdırmasında məqsəd əhalinin qida ehtiyatını azaltmaq olub. Çünki kefal yırtıcı balıq olduğu üçün digər balıqların çoxunu yeməli idi.

Məsələyə münasibət bildirən Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyir ki, kefalı Xəzər dənizinə Hitlerin buraxdırması iddiası tamamilə əsassızdır.

Kefal balığı iddia edildiyi kimi yırtıcı da deyil.

Balıq satışı ilə məşğul olanlar və mütəxəssislər də bildirirlər ki, kefal kifayət qədər dadlı balıqdır. Alıcılar da bu balığa daha çox üstünlük verirlər.

Azərbaycanda kefal həm dənizdə, həm də digər su hövzələrində mövcuddur.

© xezerxeber.az

FOTOQALERIYA






581 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR