Mağazalardan oğurluq edən 2 nəfər tutuldu - VİDEO

11.12.2019 18:39

Ağcabədidə oğurluq edən şəxslər saxlanılıb. Həmin şəxslər rayon ərazisindəki 3 mağazadan 7500 manat dəyərində ərzaq məhsulları və 130 manat nəğd pul oğurlayıblar.

Mağazalardan oğurluq edən şəxslər saxlanılıb.

Ağcabədi rayon sakinləri Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus mağazalardan oğurluq edilməsi barədə məlumat veriblər.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Elşən Məmmədov və Ağcabədi rayon sakini Elzamin Soltanov saxlanılıb.

Dindirilmə zamanı hər iki şəxs törtədikləri əməli etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






383 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR