Tanınmış aktyor: İnternetdə tanış olduğum qız məni “aldatdı” - VİDEO

10.12.2019 18:13

Türkiyənin gənc aktyoru Furkan Andıç internetdətanış olduğu qızla görüşməsi ilə bağlı etiraf edib.

"Aşırı Ünlülərlə Kısa Görüşmələr” proqramında aktyor tanış olduğuqızın onun aldatdığını və şəkillərdəki kimi olmadığını açıqlayıb.

"İnternetdə tanış olduğum qızla görüşmək qərarına gəldim. Amma qızı gördüyüm zaman məyusluq hissi yaşadım. Çünki qız şəkillərdəki kimi deyildi. Onu gördüyüm zaman nə deyəcəyimi bilmədim. Çox untandım. Bir az söhbət etdikdən sonra gözlərimizlə bu münasibətin olmayacağını başa düşdük”, - deyə aktyor bildirib.

Qeyd edək ki, Furkan Andıç "Umutsuz ev kadınları”, "Kırgın çiçekler”, "Tatlı intiqam” və "Hər yerde sen” serialları ilə tanınıb./oxu.az


© xezerxeber.az


304 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR