Müəyyən kreativ sənayenin yaradılması ilə bağlı Məşvərət Şurası formalaşdırılmalıdır - VİDEO

09.12.2019 19:43

"Müəyyən kreativ sənayenin yaradılması ilə bağlı Məşvərət Şurası formalaşdırılmalıdır. Yaradıcılıq sənayesi tək hansısa nazirliyə, dövlət qurumuna və ya özəl şirkətə məxsus ola bilməz". Bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda paneldə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda yaradıcılıq sənayesinin inkişafı ilə bağlı 15-20 illik strategiyanı müəyyən edən Dövlət Proqramı və strateji yol xəritəsi hazırlanacaq.

Təhsil naziri Ceyhun Bayramov isə müasir dünyada peşə və ixtisasların çox sürətlə dəyişdiyini, müəyyən vaxtdan bir ixtisasların təsnifatına yenidən baxıldığını və yeni ixtisasların təsdiq edildiyini deyib. Nazir növbəti dərs ilindən ali məktəblərə qəbulun yeni təsnifat əsasında aparılacağını da bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev isə bildirib ki, əmək resursları üçün yeni sahələr yaradılmalıdır. Yeni sahələr insanın yaradıcı potensialına əsaslana bilər. Belə sahələrdə məşğulluğa daha çox ehtiyac duyulacaq.

Tədbir çərçivəsində həmçinin "KREATİV AZƏRBAYCAN" portalının təqdimatı da keçirilib. Portalın yaradılmasında məqsəd Azərbaycanın yaradıcı məhsullarının "Kreativ Azərbaycan" brendi altında təşviqidir.

© xezerxeber.az

FOTOQALERIYA






322 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR