Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

DƏHŞƏTLİ QƏTL: Azərbaycanda kişini öldürüb evlə birgə yandırdılar - VİDEO

09.12.2019 20:10

Astarda yaşayış evində yanğın hadisəsi baş verib.Yanğın zamanı evdə olan 58 yaşlı kişinin yanmış meyiti tapılıb.Araşdırmadan sonra məlum olub ki,həmin şəxs qətlə yetirilib.

Yanan evdə kişi meyiti tapılıb.

Astaranın Şiyəkəran kəndində Sadiq Əliyevin tək yaşadığı evdə yanğın hadisəsi baş verib. 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanan evdə yanğınsöndürənlər tərəfindən 58 yaşlı kişinin meyiti aşkar edilib. Məlum olub ki, ölən şəxs ev sahibi ilə dostluq edən həmkəndlisi Cabir Əliyevdir.

Məlum olub ki, Sadiq Əliyev Cabir Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı O, Cabir Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Hadisədən sonra Sadiq Əliyev saxlanıb.Faktla bağlı Astara rayon Prokurorluğunda cinayət işi başlanıb.

© xezerxeber.az

FOTOQALERIYA






465 dəfə oxunub

ÇOX OXUNANLAR