Piyadaların təhlükəsizliyini tam təmin etmək üçün baş dövlət yol polisi idarəsi maraqlı bir məlumatverici lövhələr hazırlayıb. Magistral yollarda olan piyada keçidlərindən 200 və 400 metr əvvəl quraşdırılan lövhələrdə qeyd edilib ki, qarşıda piyada keçidi var və diqqətli olun.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilk olaraq bu cür məlumatverici lövhələri Bakı-Sumqayıt və Bakı-Şamaxı yolu üzərində quraşdırıblar. Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir.
Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı olduğunu deyirlər. Onlar belə nişanların piyada vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cür məlumatverici lövhələr dünya təcrübəsində də var və effektlidir. Belə nişanlar ilk dəfə Rusiyada hazırlanıb və onlar də uğurlu nəticə əldə ediblər.
Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidmətinin Alay Komandirinin müavini Xosrov Nəcəfovun sözlərinə görə, ölkə yollarında bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyada vurulması ilə nəticələnib. Belə hadisələrin qarşısını almaq üçün hələlik 100-ə yaxın piyadalar üçün məlumatverici lövhələr hazırlanıb.
Xosrov Nəcəfov onu da bildirdi ki, gələcəkdə məktəblilər, mal-qaranın keçidiyi ərazilər və digər məlumatverici lövhələrin də hazırlanması planlaşdırılır.
© xezerxeber.azQeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin... - VİDEO
Azərbaycanda dəhşətli cinayət - Arvadını yatdığı yerdə öldürdü
Qeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin... - VİDEO
Gürcüstan prezidenti: NATO Qafqaza daha çox diqqət ayırmalıdır
Hərbçilərin maaşı niyə azaldılıb? - Maliyyə Nazirliyi açıqladı
Baş Nazirdən yeni qərar - Bu şəxslərə kompensasiya ödəniləcək
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB