Bakıda 35 nömrəli məktəb qəzalı vəziyyətə düşüb - VİDEO

03.12.2019 21:25

Bakıda 400-dən çox şagirdin təhsil aldığı məktəbin bir korpusu qəzalı vəziyyətə düşüb. Təhlükəsizliyi təmin etmək məqsədi ilə şagirdlər başqa bir məktəbə köçürülüb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 35 nömrəli tam orta məktəbdən gedir.

Məktəbin 1931-ci ildə tikilib istifadəyə verilmiş korpusu uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşüb.

Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofiyev deyib ki, korpusun dəhlizlərində və bir sıra sinif otaqlarında kifayət qədər təhlükəli çatlar yaranıb, zirzəmi hissədə dəmir-betondan olan mərtəbəarası örtüyün beton mühafizə qatlarının aşınması, armaturların isə korroziyaya uğraması müşahidə olunub.

Hazırda 35 nömrəli tam orta məktəb fəaliyyət göstərmir. Məktəbdə bərpa-gücləndirmə və ya korpusun sökülüb yenidən tikilmə işlərinin aparılması nəzərdə tutulur. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məktəb kontingenti yaxın məsafədə yerləşən 34 nömrəli tam orta məktəbdə müvəqqəti olaraq yerləşdirilib.

35 nömrəli tam orta məktəbdə görüləcək işlərin isə nə vaxt başa çatdırılacağı bilinmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR