Bakıda soyğunçuluq edən şəxslər saxlanılıb - VİDEO

03.12.2019 21:31

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasının ərazisində 1981-ci il təvəllüdlü Bakı şəhər sakini Zaur Salayevə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, gecə saatlarında iki nəfər naməlum şəxs onu itələyib yerə yıxmaqla 247 manat pulunu və banklardan birinə məxsus kartı götürərək hadisə yerindən qaçıblar. Zərərçəkən başına gələn hadisə barədə polisə məlumat verən kimi dərhal cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi və Sabunçu xətt polis şöbəsi əməkdaşlarının "isti” izlərlə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Həsən Əliyev və Sabunçu rayon sakini Cəlaləddin Məmmədov tutularaq məsuliyyətə cəlb ediliblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri soyğunçuluq hadisəsini etiraf ediblər.

Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR