Sabirabadda uşaq ölümü baş verib - Yaxınları həkimləri günahlandırır - VİDEO

02.12.2019 19:25

Sabirabad Rayon Perinatal Mərkəzində uşaq ölümü qeydə alınıb. Yaxınları həkimləri günahlandırır.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Kürkəndi kənd sakini 19 yaşlı Hurə Fətiyeva doğum sancıları ilə xəstəxanaya müraciət edib. Həkimlər əvvəlcə Hurə Fətiyevanı normal doğuşa alsalar da, sonradan körpənin çəkisinin böyük olduğu nəzərə alınaraq o, əməliyyata götürülüb. Nəticədə körpə dünyaya gəlib, amma sonradan ölüb. Xəstə yaxınları qeyd edir ki, körpənin ölümünə səbəb həkimlərin səhlənkarlığı olub. Onlar hesab edirlər ki, həkimlər əvvəlcədən əməliyyat aparsaydı ölüm halı baş verməyəcəkdi.

Qohumları həmçinin iddia edirlər ki, doğuş zamanı istifadə olunan alətlər uşağın baş və qol nahiyəsindən zədələr almasına səbəb olub. Körpə bir gün sonra dünyasını dəyişib.

Xəstənin yaxınları həkimlərin dediyinin əksinə olaraq bildiriblər ki, hamilə Hurə Fətiyeva doğuşdan əvvəl dəfələrlə həkim müayinəsindən keçib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






268 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR