Ağdam sakininin işə düzəltmək adı ilə 25 min manatı mənimsənilib - VİDEO

02.12.2019 19:34

Mingəçevirdə qadın başqa bir xanımı işə düzəltmək adı ilə aldadaraq 25 min manatını mənimsəyib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Mingəçevirdə məskunlaşan Ağdam sakini Ramilə Məhərrəmovanın başına gəlib.

Zərərçəkmiş deyir ki, ötən ilin əvvəlində özünü dərman firmasının əməkdaşı kimi təqdim edən Leyla Aslanova ilə tanış olub. Həmin qadın Ramilə Məhərrəmovaya təklif edib ki, onu dərman firmasına işə düzəldə bilər. Dərman firmasından onkoloji xəstələrə yardım adı ilə pul köçürüldüyünü və bu məbləğə görə onlara əmək haqqı veriləcəyini bildirib.

Zərərçəkmişin sözlərinə görə, pulu Leyla Aslanovaya ödəmə terminalları vasitəsi ilə göndərib. Ramilə Məhərrəmova bir müddət sonra həmin şəxsə zəng vursa da onun telefonu bağlı olub. Bu səbəbdən də qadın həmin şəxsin axtarışına başlayıb.

Qeyd edək ki, özünü dərman firmasının əməkdaşı kimi qələmə verən Leyla Aslanovanın zərərçəkmişə verdiyi nömrəsinə hələ də zəng çatmır. Ramilə Məhərrəmova digər zərərçəkmiş qadınlarla görüşüb. Onlar bu məsələ ilə bağlı polisə də məlumat veriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR