Sumqayıt və Biləsuvarda ağır yol qəzaları - 3 ölü, 8 yaralı var - VİDEO

22.11.2019 18:56

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, qəza hadisəsi Bakı-Quba yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomagistralında qeydə alınıb.

Mikroavtobus idarəetmədən çıxaraq yol kənarında dayanan yük maşınına çırpılıb. Nəticədə 2 nəfər ölüb, 7 nəfər ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır və onlardan birinin şəxsiyyəti məlum olub, o, Aybəniz Əmirzəyevadır. Yaralılar isə xəstəxanaya çatdırılıb.

Gecə saatlarında isə Ələt-Astara yolunun 102-ci kilometrliyində, Biləsuvar rayonu ərazisində yanacaqdaşıyan yük maşını yanıb.

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət, 6 texnika cəlb olunub. Yanğın nəticəsində avtoçənin yanar hissələri, çəndə olan 38 ton yanacaq yanıb.

Hadisə zamanı avtomobilin sürücüsü Yavər Kələntərovun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan köməkçi sürücü Emin Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






311 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR